RU
Gəncədə hesabat yığıncağı - Fotolar
20:26
363

Gəncədə hesabat yığıncağı - Fotolar

Gəncədə 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

7news.Az-a daxil olan məlumata görə, hesabat yığıncağında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağırov, şəhər ictimayyətininin nümayəndələri, ziyalılar, eləcə də idarə, müəsisə və təşkilat rəhbərləri iştirak edib. Hesabat yığıncağında Prezident İlham Əliyevin Gəncə şəhərinə səfərini, şəhərin həyatında ötən ildə baş verən mühüm hadisələri, mədəni kütləvi tədbirləri əks etdirən filmə tamaşa olunub.

Hesabat yığıncağını giriş sözü ilə açan şəhər rəhbəri, bildirib ki, Gəncə şəhərində 2017-cı ildə bütün sahələr üzrə artım daha da yüksək olacaq. 2017-ci ildə Gəncənin sosial-iqtisadi sahələrdə qazandığı uğurların sayı bir qədər də artacaq, nəzərdə tutulmuş bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcək.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin hesabat məruzəsi dinlənilib. Şəhər rəhbəri bildirib ki, 2016-cı il ərzində şəhərdə müqayisəli qiymətlərlə 859,5 milyon manat ümumi daxili məhsul buraxılmışdır ki, bu da faktiki qiymətlərlə 956,1 milyon manat təşkil etməklə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz və ya 18,8 milyon manat çoxdur. Orta aylıq əmək haqqı il ərzində ticarətdə 363,7 manat, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat bölməsində 428,9 manat, emal sənayesində 368,6 manat, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində 517,9 manat, maliyyə və sığorta bölməsində 897,9 manat təşkil etməklə, digər sahədə çalışanların orta aylıq əmək haqqından daha artıq olub.
 
7news.Az
 

 

Gəncədə hesabat yığıncağı - Fotolar
Gəncədə hesabat yığıncağı - Fotolar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ