RU
Gəncədə zibil poliqonunda çürümüş döl aşkarlandı - Ekspertiza təyin olundu
11:40
32

Gəncədə zibil poliqonunda çürümüş döl aşkarlandı - Ekspertiza təyin olundu

Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda çürümüş dölün aşkar edilməsi faktı üzrə Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub.

Həmçinin hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
 
11:16

Gəncə şəhərində körpə meyiti tapılıb.

Oxu.Az-ın məlumatına görə, meyit şəhər ərazisindəki zibil poliqonunda aşkarlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Meyit ekspertizaya təqdim olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ