Azərbaycan Gənclər Fondunun dəstəyi, "Avropa Tələbələr Forumu-Bakı" İctimai Birliyinin (AEGEE-Bakı) təşkilatçılığı ilə 1 - 15 avqust 2019-cu il tarixlərdə Azərbaycanda "Summer Time with AEGEE-Bakı” beynəlxalq yay universiteti layihəsi həyata keçirilib. Yay universitetində Avropanın 15 ölkəsindən 22 nəfər əcnəbi tələbə iştirak edib
Layihənin əsas məqsədi Azərbaycanda turizmin inkişafında, beynəlxalq aləmdə tanıdılmasında və eyni zamanda yerli ictimaiyyətdə marağın yaradılmasına təkan vermək və Azərbaycan xalqının tarixi etnoqrafiyası haqqında məlumatlandırmanın aparılmasıdır.
Layihə müddətində Azərbaycana dəvət olunan əcnəbi gənclər bir neçə regiona həmçinin Qax və Nabrana səfər edib, həmçinin bir sıra tarixi yerlərə ekskursiyaları təşkil olunub.










