RU
Gənclər Günü MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub
23:35
685

Gənclər Günü MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub

Azərbaycanda Gənclər Günü qeyd olunur

Bu gün - Fevral ayının 2-si Azərbaycanda Gənclər Günüdür.

1996-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən 2 fevral - Gənclər Günü elan edilməsi ilə bağlı qərar qəbul edilib və həmin il Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib.

Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.

1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər Günü keçiriləndən sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb.

Bu illər ərzində ölkənin ictimai-siyasi, iqtisadi və digər sahələrində gənclərin fəallığı artıb.

Gənclərin problemlərinin aradan qaldırılması, işlə təmin edilmələri üçün müxtəlif qurumlar yaradılıb.

Azərbaycanda hər il Gənclər Günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Qeyd edək ki, Azərbaycanda yaşı 14-dən 29-a qədər olan əhali kateqoriyası gənc sayılır.

Hazırda ölkə əhalisinin 31 faizini gənclər təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, gənclər arasında kişi və qadınların payı demək olar ki eynidir. Gənc əhalinin 53 faizi şəhərdə, 47 faizi isə kənddə yaşayır.

Müasir Azərbaycan gəncliyində ali təhsillilərin payı isə 60 faizdən çoxdur.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ