RU
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçiriləcək
16:59
674

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçiriləcək

1 fevral 2017-ci il tarixdə Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçiriləcəkdir. İclasda aşağıdakı mövzuların müzakirə edilməsi nəzərdə tutulub:

- Azərbaycan Gənclərinin VIII Forumunun keçirilməsi ilə bağlı təkliflərin irəli sürülməsi;

- "İslam Həmrəyliyi İli” çərçivəsində gənclər təşkilatlarının fəaliyyəti;

- "Azərbaycan gəncliyi 2015-2025-ci illərdə inkışaf Strategiyası”nın icrası ilə bağlı görülmüş işlər.

İctimai Şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etməkdir. 

İndiyədək İcimai Şuranın iclaslarında Gənclərin Forumlarının keçirilməsi, 2 fevral – Azərbaycan gəncləri gününün qeyd olunması, Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin fəal iştirakı, qanunların və dövlət proqramlarının layihələri, gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi, qondarma "erməni soyqırımı”nın tarixi gerçəklikdən uzaq olması, 2007-ci ilin gənclər ili elan olunması ilə əlaqədar görüləcək işlər və s. məsələlər müzakirə olunmuş, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilmişdir.

İclasın sonunda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə ictimai fəal gənclərin və gənclər təşkilatlarının mükafatlandırılması nəzərdə tutulur.

 

7News.az


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ