RU
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçirilmişdir
11:31
377

Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçirilmişdir

1 fevral 2017-ci il tarixdə Gənclər və İdman Nazirliyinin konfrans zalında Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçirilmişdir. İclasda ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının və ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının rəhbərləri iştirak etmişlər.

İclası giriş sözü ilə gənclər və idman nazirinin müavinin cənab İntiqam Babayev açaraq, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin ötən dövr ərzində nəticələri, gənclərlə bağlı icra olunmuş və yeni hazırlanmış dövlət proqramları, "Azərbaycan gəncliyi 2015-2025-ci illərdə inkişaf Strategiyası”nın icrası, gənclər təşkilatlarına dövlət dəstəyi, gənclərin fərdi inkişafı üçün yeni imkanlar, dünayda baş varən hadisələr fonunda Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət və bu prosesdə gənclərin rolu barədə ətraflı məlumat vermişdir.

İctimai Şuranın sədri Nurəddin Mehdiyev gündəlikdə duran məsələlər barədə ətrfalı məlumat verərək müzakirələrdə gənclər təşkilatlarını fəal iştirak etməyə dəvət etmişdir. İclasda aşağıdakı mövzuların müzakirə edilmiş və təkliflər irəli sürülmüşdür:

Azərbaycan Gənclərinin VIII Forumunun keçirilməsi ilə bağlı təkliflərin irəli sürülməsi;   
"İslam Həmrəyliyi İli” çərçivəsində gənclər təşkilatlarının fəaliyyəti;
"Azərbaycan gəncliyi 2015-2025-ci illərdə inkışaf Strategiyası”nın icrası ilə bağlı görülmüş işlər.
Mövzu üzrə Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, "İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Eyvazova, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, "Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Cəmilə Abdullayeva, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan Əbilov, Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyev, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərdi Şahbazlı və digər gənclər təşkilatlarının rəhbərləri çıxış etmişlər.

Qeyd edək ki, İctimai Şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etməkdir.

İndiyədək İcimai Şuranın iclaslarında Gənclərin Forumlarının keçirilməsi, 2 fevral – Azərbaycan gəncləri gününün qeyd olunması, Prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin fəal iştirakı, qanunların və dövlət proqramlarının layihələri,  gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi, qondarma "erməni soyqırımı”nın tarixi gerçəklikdən uzaq olması, 2007-ci ilin gənclər ili elan olunması ilə əlaqədar görüləcək işlər və s. məsələlər müzakirə olunmuş, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilmişdir./mys.gov.az
 
7news.Az
 
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ