Oktyabrın 31-də Goranboy rayonunun Qırıqlı kəndinə qaz verilib. Kənddə qazlaşma işlərinin aparılması üçün ümumilikdə 10866,6 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətti çəkilib, 89 ədəd fərdi yaşayış evinə sayğac quraşdırılıb.








