RU
lombard
Goranboy sakini Prezidentə müraciət etdi: “İcra başçısı, müavini və bələdiyyə sədri ilə birlikdə bizi torpaqsız qoyurlar” (VİDEO)
14:27
1447

Goranboy sakini Prezidentə müraciət etdi: “İcra başçısı, müavini və bələdiyyə sədri ilə birlikdə bizi torpaqsız qoyurlar” (VİDEO)

7NEWS.az xəbər verir ki, son bir neçə ayda Azərbaycanın bir sıra rayon və şəhərlərinin rəhbərləri ilə bağlı ciddi nəzarət həyata keçirilir. Məhz bunun nəticəsində öz vəzifə səlahiyyətlərindən sui istifadə edən 4 icra başçısı, onlarla yüksək vəzifəli məmur həbs olunmuşdur. Görünən odur ki, bəzi məmurlar hələ də baş verənlərdən nəticə çıxarmır, əksinə biraz da irəli gedərək vətəndaşların malını, mülkünü talayırlar. 7NEWS.az saytına Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun müraciəti yuxarıda qeyd etdiklərimizin həqiqət olduğunu bir daha sübut etmiş olur. Müraciəti olduğu kimi təqdim edirik:

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına

Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlu tərəfindən

 

Şikayət

 

Yazıb Sizə bildirirəmki, Goranboy Rayon icra başçısı Məhərrəm Quliyev rayonu sizin tövsiyələriniz və göstərişlərinizlə deyil, sələfi olan keçmiş rüşvətxor icra başçısı Nizaməddin Quliyevdən miras aldığı rüşvətxor və yaramaz məmurların təsiri altında idarə edir. İcra başçısı özünə birinci müavin götürdüyü oliqarx məmur Ceyhun Həsənov əhalinin problemlərini həll etməkdənsə, başı asudə örüş sahələrinin qanunsuz olaraq saxta sənədlərlə keçmiş bələdiyyə sədri Məzahir Allahverdiyevin vasitəçiliyi ilə qohum əqrabalarının, dost-tanışlarının mülkiyyətinə keçirərək baha qiymətə kənar şəxslərə satır. Buna görə də kənd əhalisinin və şəxsimin heyvandarlıqla məşğul olmasına imkan verilmir. Mən icra hakimiyyətindən və bələdiyyədən 3 il ərzində dəfələrlə yazılı surətdə torpaq istəsəm də buna heç cür nail ola bilmirəm. Buna görə də məcbur olub 4 hektar sümbülləmiş taxıl sahəmi məcbur olub qoyunlarla otarmışam. Halbuki, yaşadığım ərazidə 100 hektarlarla asudə örüş sahəsi başçının birinci müavini Ceyhun Həsənov və onu dostları və yaxınları tərəfindən əkilir.


Hörmətli Cənab Prezident!

Nəzərinizə çatdırıram ki, heç bir yerdə işləmədən yeddi nəfərlik ailəyə baxıram. Üç az yaşlı uşaq, iki xəstə valideyinim və 1 ci qrup yerimə qabiliyətini itirmiş həyat yoldaşım sırf mənim təsərrüffatımdan gələn qazancıma möhtacdırlar. Gəncə Regional Ədliyyə idarəsinin sədri Kəmaləddin Həsənova və Goranboy icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevə Məzahir Allahverdiyev və Qızılhacılı qəsəbəsində kök salmış əhaliyə qan udduran torpaq oliqarxlarının qanunsuz əməlləri barədə məlumat versəm də onlar nəinki, bu barədə ölçü götürmürlər, biraz da irəli gedərək ona himayədarlıq edirlər. Bütün bunlar araşdırıb müəyyən məlumatlı şəxslərdən öyrəndiyimə görə Məzahir Allahverdiyev Bərdədə keçirilən gizli və bələdiyyə torpaqlarının idarə olunması haqqında qanuna zidd olan hərrac müsabiqələr yolu ilə asudə örüş sahələrini zəbt ediblər. Bütün bu yazdıqlarımdan belə bir nəticəyə gəlmişəm ki, mənim qanuni yolla Qızılhacılı bələdiyyəsindən torpaq sahəsi almağım mümkün deyil. Odur ki, mənə məxsus 100 baş qoyunun acından ölməsi labüddür. Dövlətdən heç bir gəlirim olmadığına görə ailəmin də taleyinin qoyunlarınkı kimi olacağı şübhəsizdir. Xahiş edirəm ki, Goranboy Rayonunda baş verən qanunsuzluqları araşdırıb, bu qanun tanımaz başları torpaq alverinə qarışmış məmurlar və icra başçısı haqqında tədbir görəsiz.


İmza: Verdiyev Arzu

Mövzunu davam etdirəcəyik.

7NEWS.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ