Goranboyda kişi güllə xəsarəti alıb.
7News.Az lent.az-a istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Sabirabad rayon sakini 35 yaşlı Q.Əskərov tir tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.








