RU
Güclü külək Şəmkirdə ciddi fəsadlar törədib - VİDEO
13:30
212

Güclü külək Şəmkirdə ciddi fəsadlar törədib - VİDEO

Güclü külək və normadan artıq yağıntının düşməsi Şəmkir rayonunun Seyfəli kəndi, Morul deyilən ərazi, Kiraz yolu, Könüllü kəndində ciddi fəsadlar törədib.

Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, nəticədə qaz təsərrüfatına xeyli ziyan dəyib, regiondakı bütün təmir-tikinti qüvvələri hadisə yerinə cəlb edilib.

Qeyd edilib ki, tezliklə təbii qaz təminatı ilə bağlı çətinliklər aradan qaldırılacaq.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ