7NEWS.az xəbər verir ki, Avropa Kosmik Agentliyinin (ESA) Mars orbitində hərəkət edən kosmik gəmisi Günəş sistemindəki ən böyük kanyon sistemi olan Valles Marineris'in dərinliklərinin tədqiqinə imkan yaradıb. Avropa Kosmik Agentliyinin paylaşdığı fotolar nəhəng kanyonun həyat üçün yararlı olub-olmadığını anlamağa imkan verəcək. Avropa Kosmik Agentliyinin (ESA) Mars Express vasitəsi ilə çəkilmiş Valles Marineris kanyonu. Uzunluğu 4000 km, eni 200 km və dərinliyi 6,5 km-dən çox olan kanyon Günəş sisteminin ən böyük kanyonu kimi tanınır.
7NEWS.az








