RU
Günəşdə güclü partlayışlar ola bilər
17:50
29

Günəşdə güclü partlayışlar ola bilər

13-14 iyul tarixlərində Günəşdə partlayış aktivliyinin aşağı olacağı, eyni zamanda sondan əvvəlki güc sinfinə məxsus partlayışların ola biləcəyi gözlənilir.

7News.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"13 və 14 iyul tarixlərində Günəşdə partlayış aktivliyi ümumilikdə aşağıdır, M sinfindən partlayışların olması mümkündür", - deyə məlumatda bildirilib.

Bundan əlavə, iyulun 12-də Günəşdə güclü M1.1 partlayışı qeydə alınıb.

Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ