RU
Gürcüstan XİN rəhbəri Azərbaycana səfər edəcək
18:30
270

Gürcüstan XİN rəhbəri Azərbaycana səfər edəcək

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

7NEWS.Az xəbər verir ki, o, bu barədə bu gün keçirilən brifinqdə açıqlama verib.

 

Onun sözlərinə görə, səfər zamanı əsas müzakirə mövzularından biri iqtisadi diplomatiya olacaq: "Səfər zamanı Gürcüstan üçün vacib geosiyasi layihələr, eləcə də ölkəyə əlavə yüklərin cəlb olunması məsələləri nəzərdən keçiriləcək”.

D.Zalkaliani qeyd edib ki, Gürcüstan üçün geosiyasi layihələri stimullaşdırmaq çox vacibdir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ