Gürcüstanda radioaktiv maddə olan uranla qanunsuz davranmada şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.
İstintaqla müəyyən edilib ki, Gürcüstan vətəndaşı olan həmin şəxs nüvə materialı olan "Uran-238”i əcnəbiyə 700 min ABŞ dollarına satmağı planlaşdırıb.
Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 10 ilədək həbs cəzası gözləyir.








