Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 357 yoluxma halı qeydə alınıb, 21 nəfər ölüb.
7News.Az xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 244 612, ölənlərin sayı isə 2 867 nəfərə çatıb.
Virusa yoluxanlardan 228 359 nəfərin sağaldığı bildirilir.
7News.Az








