lombard

Göyçayda köməkçi icra başçısına “quyu qazır?”

Göyçayda köməkçi icra başçısına “quyu qazır?”
Bugünlərdə bir neçə nəfər Göyçay sakini redaksiyamıza zəng edib bildirdilər ki, "rayonda sakinlərin narazılığının "pik nöqtə”yə çatmasında günahkar icra başçısı deyil, uzun illər ərzində icra başçılarının köməkçi olmuş və bu gün də həmin vəzifəni daşıyan Vahid İsayevdir. Çünki, bu şəxs bir neçə icra başçısı ilə işlədiyindən, məhz ötən illər ərzində hər cür fırıldaq işlərini öyrənə bilib. Yəni, Vahid İsayev yeri gəldikdə öz maraqlarının təmin olunması məqsədilə düşündüyü "oyun qaydaları”nı qurur və sakinlər ilə rayon rəhbərliyi arasında "uçurum” da yaratmağı bacarır. Məsələn, söylənilənlərə görə adı çəkilən bu şəxs icra başçısının qəbuluna düşmək istəyən şəxslərə "başçı işdə yoxdur və bu gün də işdə olmayacaq” deyə cavab verir. Sakinlər başçının qəbulunda olub hansısa probleminin həllinə nail olmaq istəsələr də, Vahid İsayevin sakinləri aldatması, məhz onların planlarını altüst edir. Belə bir səbəb üzündən də, yerli sakinlər arasında ümumi narazılıq hissi baş qaldırır. Düşünmək olar ki, o, belə bir addımı ilə Mehdi Səlimzadəyə "quyu qazır”. Yəni, belə olan halda hər kəs icra başçısını ittiham edir və onu normal işləməməkdə qınayırlar. Məsələnin digər tərəfinə diqqət yetirmək lazımdır ki, ola bilər icra başçısı belə bir oyun qaydalarından xəbərsiz olsun. Bu cür addımların atılması hər kəsdə belə bir ehtimalın da formalaşmasına səbəb olur ki, köməkçi kənardan verilmiş sifarişi yerinə yetirir. Başlıca məqsəd, rayon rəhbərliyi ilə sakinləri üzüzə qoymaqdır. Ola bilər ki, Vahid İsayev belə bir yanaşmasını ortaya qoyub sakinlərin icra başçısından daha çox narazı qalmalarına yollar açır ki, gələcək planlarını "çin edə bilsin”.

Bütün bunlardan əlavə, son günlər belə bir məlumat da əldə etmişik ki, bu rayonda idarə, müəsissə və təşkilat rəhbərlərini, hətta mətbuat nümayəndələrini də Vahid İsayev idarə edir. Onun bu gün özünü rayonda icra başçısı kimi apardığı da söylənilir. Əldə etdiyimiz digər məlumatlara görə o, Göyçaya gələn KİV nümayəndələrinə "rayondan tənqidi yazı dərc edərsinizsə sizləri məhkəməyə verəcəyəm” deyir. Bu da düşünülmüş və planlı şəkildə həyata keçirilən bir addımın olduğu bildirilir. Qarşı tərəfi də dinləyə bilərik.

Bu yöndə araşdırmamız davam edəcək.

Xəbər lenti