Göygöldə baş verən qəzada xəsarət alanların adları məlum olub.
Xəsarət alanlar 1965-ci il təvəllüdlü Q. Həsənov, 1968-ci il təvəllüdlü G. Həsənova, 1970-ci il təvəllüdlü İ. Əliyeva və 1973-cü il təvəllüdlü Y. Məmmədovadır.
Xəsarət alanlardan Q. Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
----------
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
7News.Az APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ" ilə "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 1 nəfərin öldüyü bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.








