RU
Hadı Rəcəbli
11:55
436

Hadı Rəcəbli "qalmaqallı iclas"ı təxirə saldı

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək iclası təxirə salınıb


İclasın təxirə salınmasının səbəbləri hələlik məlum deyil. 

Komitə iclasında "Əmək pensiyaları haqqında" qanununa dəyişiklik layihəsinin müzakirəyə çıxarılması planlaşdırılmışdı. 

Fevralın 6-da keçirilməsi nəzərdə tutulan iclasa az sayda-yalnız hökuməti təmsil edən media orqanları dəvət olunmuşdu. Bu qərar digər jurnalistlərin etirazına səbəb olub.

Qeyd edək ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ