RU
Haiti Prezidentinin qətlində şübhəli bilinən şəxs İstanbulda saxlanıldı
14:30
542

Haiti Prezidentinin qətlində şübhəli bilinən şəxs İstanbulda saxlanıldı

Haiti Prezidenti Jovenel Moizə sui-qəsd ittihamı ilə İnterpol tərəfindən qırmızı bildirişlə axtarışa verilən şübhəli saxlanılıb.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarışda olan Samir Handal İstanbul Hava Limanında yaxalanıb.

Şübhəli İstanbul üzərindən ABŞ-dan İordaniyaya gedərkən, yerli vaxtla saat 06:55-də tutulub. O, sabah məhkəmə qarşısına çıxarılacaq.


Xatırladaq ki, Moiz iyulun 7-də sui-qəsd nəticəsində öldürülüb. Onun həyat yoldaşı Martin Moiz isə yaralanmışdı. Prezident öldürüldükdən sonra müvəqqəti baş nazir Klod Cozef ölkədə fövqəladə vəziyyət elan etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ