"Şou ATV" verilişinə qonaq olan müğənni Afət Fərmanqızı açıqlamaları diqqət çəkib. 

7News.Az xəbər verir ki, Nanə Ağamalıyevanın aparıcısı olduğu verilişdə etiraflar edən müğənni 2 aydır hamilə olduğunu söyləyib. 

Afət övladının olmasını istəmədiyini və ötən ay uşağı tələf etdiyini söyləyib: 

"Düşündüm ki, bir az da zamana ehtiyacım var. Ümumiyyətlə istəmədim. Mən tərəddüd edəndə olmazı götürürəm. Ananlıq hissinə görə peşman oldum. Amma qismət". /baku