"Harry Potter" pərəstişkarları 580 milyon dollarlıq layihənin marşrutunu dəyişdirdilər
7News.az xəbər verir ki, Böyük Britaniya ilə İrlandiya arasında çəkilməsi planlaşdırılan və dəyəri 430 milyon funt-sterlinq (təxminən 580 milyon ABŞ dolları) təşkil edən sualtı elektrik kabeli xəttinin marşrutu dəyişdirilib. Bu qərar "Harry Potter" pərəstişkarlarının etirazlarından sonra qəbul edilib.