RU
Hatayda bir ailənin 2 övladı xilas edildi - Video
16:30
112

Hatayda bir ailənin 2 övladı xilas edildi - Video

Türkiyədə güclü zəlzələdən əziyyət çəkən Hatayda axtarış-xilasetmə işləri davam etdirilir.

7News.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hatayın Antakya bölgəsində binanın uçması nəticəsində dağıntılar altında qalan ailənin övladları xilas edilib.

Məlumata görə, xilasedicilər 61 saat sonra 3 və 8 yaşlı bacıları xilas edə bilib. Uşaqlar xəstəxanaya çatdırılıb. Hazırda ailənin digər üzvlərinin xilas edilməsi üzrə işlər davam etdirilir.

 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ