RU
15:57
26

"HB Geven Klinik" auditdən yayındı, cərimə olundu

Bakıda fəaliyyət göstərən özəl xəstəcanalardan biri olan "HB Geven Klinik" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi - "Məcburi auditdən yayınma” ilə bağlı protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, MMC 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə həyata keçirilməli olan məcburi auditindən yayınıb.

Məhkəmənin qərarı ilə "HB Geven Klinik" MMC 500 manat məbləğində cərimə edilib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ