RU
15:30
372

"Heç vaxt aldada bilməz" - Şəbnəm həyat yoldaşından danışdı

Tanınmış müğənni Şəbnəm Tovuz Xəzər telekanalında aparıcı Zümrüd Bədəlovanın qonağı olub.

7News.Az xəbər verir ki, ifaçı verilişdə maraqlı məqamlara toxunub. O həmçinin, şəxsi həyatı ilə də bağlı açıqlama verib:

"Həyat yoldaşım məni heç vaxt aldada bilməz. Sənə telefonda bir şey göstərərəm ki, gülməkdən ölərsən. Sən baxarsan ki, o həqiqətən də necə sevir. Məni itirməkdən çox qorxur".

Tovuzlu Show TV-də yayımlanan "Hayat güzeldir” proqramındakı libasını bəyənməyənlərə də cavab verib:

"Biz niyə beləyik? Geyimi niyə ön plana çəkirlər? Mən kök deyiləm, 38 ölçü geyinirəm. Efir, televiziya insanı daha 10 kq kök göstərir. Mənə çox zaman deyirlər ki, zolaqlı geyimlərdən istifadə etmə. Bunlar insanı artıq çəkili göstərir. Bir gün ərzində tədbirlər olur, 4 geyimi maşında dəyişirəm. Heç konsertlərimdən yazmadılar, niyə? 350 bilet satdım. 1 biletin qiyməti 250 TL-dir”.


 

 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ