7News.az xəbər verir ki, İraqın Baş naziri Əli Faleh əl-Zeydi silahların dövlət nəzarəti altına alınmasını təmin edəcək qanunvericiliyin hazırlanması barədə göstəriş verib. Əl-Zeydi nəzarətsiz silahları dövlətin üzləşdiyi ən təhlükəli təhdid kimi qiymətləndirir. İraq hökumətinin bu addımı, ölkə daxilində İranın nəzarəti altında fəaliyyət göstərdiyi bildirilən Həşd əl-Şəbiyə son xəbərdarlıq kimi qəbul edilir. Hökumət silahların yığılması prosesini sentyabr ayının sonunadək başa çatdırmağı hədəfləyir.








