7News.az xəbər verir ki, rusiyalı alimlərin yeni tədqiqatı göstərir ki, hətta qocalmanın qarşısını alan mükəmməl bir dərman kəşf edilsə belə, əbədi həyat bioloji baxımdan qeyri-mümkündür. Bildirilir ki, zaman keçdikcə hüceyrələrimizdə toplanan təsadüfi DNT mutasiyaları insan ömrünün uzunluğu ilə bağlı fundamental və aşılması mümkün olmayan bir məhdudiyyət yaradır.








