7News.az xəbər verir ki, iqlim böhranının ən kəskin şəkildə hiss olunduğu Afrikada qovurucu istilər və uzunmüddətli quraqlıqlar ən sərt təbii şəraitə belə tab gətirmək bacarığı ilə tanınan heyvanların, yəni dəvələrin həyatını təhlükə altında qoyur. Həddindən artıq istilər heyvanların xəstələnməsinə və kütləvi şəkildə tələf olmasına səbəb olur.








