RU
16:30
338

"Həyatımıza davam etmək üçün.."- Ayan doğum gününü evdə dəbdəbəli şəkildə qeyd edir - FOTOLAR

Məşhur müğənni Ayan Babakişiyeva bu gün doğum gününü qeyd edir.

7News.Az xəbər verir ki, sosial media hesabında paylaşım edən müğənni ad gününü necə keçirdiyini bildirib. Belə ki, koronavirus səbəbi ilə karantini evində keçirən Ayan doğum gününü də elə evində qeyd edir. Müğənni bu günü evində qeyd etməsinə baxmayaraq, hər şeyi dəbdəbəli təşkil edib.

Paylaşdığı fotolara isə geniş bir şərh yazıb:

"Evdə qal dedik. Həyatımıza davam etmək üçün, hələ ki, evimizdəyik. Evdə belə olsaq, dostlarımız tək hiss etdirmədi. Təbrik edən hər kəsə təşəkkürümü bildirirəm. Dostlarım da ayrı sağ olun, var olun".

Qeyd edək ki, müğənninin sənət dostları dünən gecədən post paylaşaraq təbrik etməyə başlayıblar.








7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ