RU
Heyvanları xilas etmək üçün həyatını təhlükəyə atdı
12:50
213

Heyvanları xilas etmək üçün həyatını təhlükəyə atdı

Atlantada evsiz bir adam  heyvan sığınacağında baş verən yanğın zamanı orada sıxışan bir neçə pişik və iti xilas etmək üçün həyatını təhlükəyə atıb.

Bu barədə "W-Underdogs” sığınacağının rəhbəri açıqlama verib. O, sığınacağın tamamilə məhv olmadığını, lakin istifadəyə yararsız vəziyyətə düşdüyünü vurğulayıb.

53 yaşlı Keyt Volker isə məsələ ilə bağlı "CNN International”a açıqlama verib.. İlk əvvəl oraya daxil olmağa qorxsa da, daha sonra bu addımı atmaq qərarına gəlib:

"Yalan deyə bilmərəm, çox gərgin idim. Çox dumanlı olduğu üçün oraya girməyə qorxurdum. Amma Tanrı məni bu heyvanları xilas etmək üçün oraya apardı. Əgər bir iti sevirsinizsə, dünyadakı hər şeyi sevə bilərsiniz. İtim mənim ən yaxın dostumdur. Onsuz burada ola bilməzdim və ona görə də digər itləri xilas etməliydim”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ