RU
Hicab bağlayan aktrisa Afrikada 11 su quyusu qazdırdı - Fotolar
11:20
883

Hicab bağlayan aktrisa Afrikada 11 su quyusu qazdırdı - Fotolar

Bir müddət əvvəl hicaba keçən və dərnək qurub xeyriyyə işləri ilə məşğul olan aktrisa Qamze Özçelik Afrikaya səfər edib.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Afrikada 11 su quyusu qazdırıb.

Hicaba keçdikdən sonra xeyriyyəçilik fəaliyyətlərini artıran Qamze həm su quyusu qazdırmaq, həm də digər yardım fəaliyyəti həyata keçirmək üçün səfər etdiyi Kamerundan fotolar paylaşıb. 

 
"Ömrü su yollarında keçən afrikalı bacı-qardaşlarımız üçün başlatdığımız, "Ümid bulağı su quyuları" layihəsinin birinci mərhələsində 11 fərqli kənddə 11 su quyusu qazdırdıq. Açılışlar zamanı qurbanlar kəsildi, meyvə ağacları əkildi. Eyni zamanda yüzlərlə oyuncaq, geyim, üzərində Türkiyə bayrağı olan köynəklər paylanıldı. Bundan başqa 1000 nəfərə "Qurani Kərim” payladığımız üçün də xoşbəxtik", - deyə aktrisa fotosunun altına yazıb.





 
7News.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ