RU
Hindistanda
10:50
19

Hindistanda "iPhone" hissələri istehsal edən zavodda üç işçi ölüb

Hindistanın cənubundakı Tamilnad ştatının Hosur şəhərində yerləşən "Tata Electronics” şirkətinin müəssisəsində baş verən hadisə nəticəsində üç işçi həyatını itirib.

Bu barədə ştat hökumətinin nümayəndəsi Virudhay Maqal Kirthana "X” sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edək ki, sözügedən müəssisədə "Apple” şirkətinin "iPhone” smartfonları üçün korpuslar və digər komponentlər istehsal olunur.

"Tata Electronics”in Hosur müəssisəsində üç nəfərin faciəvi şəkildə həyatını itirməsindən dərin kədər hissi keçirirəm”, – hökumət nümayəndəsi bildirib.

O, hadisənin səbəblərinin hərtərəfli araşdırılacağını və nəticələrə uyğun tədbirlər görüləcəyini vurğulayıb.

"Gələcəkdə bu cür faciələrin təkrarlanmaması üçün bütün zəruri addımları atmalıyıq”, – Kirthana əlavə edib.

"The New Indian Express” nəşrinin məlumatına görə, işçilərin filtrasiya sisteminə aid çənin texniki baxışı və təmizlənməsi zamanı boğularaq öldüyü ehtimal edilir.

İlkin ehtimallara əsasən, işçilər çənin yoxlanılması zamanı zəhərli qazın təsirinə məruz qalıblar.

Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmadan sonra müəyyənləşdiriləcək.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ