RU
Hindistanda
23:20
1096

Hindistanda "MiQ-21" qəzaya uğrayıb, ölən var

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Hərbi Hava Qüvvələri tviter səhifəsində yazıb.

Hadisə "MiQ-21" təyyarəsinin təlim uçuşu zamanı baş verib.

Qəza Hindistan-Pakistan sərhədinə yaxın Racastan ştatında qeydə alınıb. Təyyarənin pilotu hadisə nəticəsində həlak olub.

Qeyd edək ki, bu, 2021-ci il ərzində Hindistanda "MiQ-21"in iştirakı ilə baş verən beşinci qəzadır./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ