7News.az xəbər verir ki, Hindistanın Sikkim ştatında su-elektrik stansiyası layihəsi çərçivəsində tikilməkdə olan tuneldə partlayış baş verib. Təbii qaz sızması nəticəsində baş verdiyi ehtimal edilən partlayışda doqquz nəfər həyatını itirib, 15-dən çox insan isə tuneldə köməksiz vəziyyətdə qalıb.








