RU
Hökumətdən Bakı Mühəndislik Universiteti ilə bağlı MÜHÜM QƏRAR
11:27
604

Hökumətdən Bakı Mühəndislik Universiteti ilə bağlı MÜHÜM QƏRAR

Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

7News.az xəbər verir ki, dəyişikliyə görə, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na Bakı Mühəndislik Universiteti əlavə edilib. Bununla da Bakı Mühəndislik Universiteti Təhsil Nazirliyinin strukturu hesab edilməyəcək.

Xatırladaq ki, Bakı Mühəndislik Universiteti Azərbaycan Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə yaradılıb. Fəaliyyəti dayandırılmış Qafqaz Universitetinin tələbələri bu ali məktəbdə təhsil alır.//big.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ