lombard

Hollivud məşhurlarının ailə terapevti keçmiş sevgilisi tərəfindən qətlə yetirilib - FOTO

Hollivud məşhurlarının ailə terapevti keçmiş sevgilisi tərəfindən qətlə yetirilib - FOTO

Hollivudda məşhurların ailə və seks terapevti olaraq tanınan dr. Emi Harvik keçmiş sevgilisi tərəfindən öldürülüb.

7News.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə "HaberGlobal" məlumat yayıb.

Məlumata görə, məşhur komediyaçı Dryu Kareyin keçmiş nişanlısı olan 39 yaşlı Harvik Los-Ancelesdəki evində öldürülüb.

Bildirilir ki, qadının evindən gələn səs-küylə əlaqədar qonşular polisə müraciət ediblər. Ancaq hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə getdikdə məşhur terapevt artıq ölmüş olub.

Şahid ifadələri və kamera qeydindən sonra evdən son çıxan şəxsin Harvinin keçmiş sevgilisi Qaret Purshaus olduğu məlum olub. O, şübhəli şəxs qismində saxlanılıb.

 

Polisin sözlərinə görə, terapevt ölümündən əvvəl Purshausla bağlı polisə şikayət edib. Məhkəmənin qərarı ilə keçmiş sevgilisi Harvikə yaxınlaşa bilməzdi. Faciədən iki həftə əvvəl hakimin qərar müddəti bitmişdi.

 

 


7News.Az

Xəbər lenti