RU
Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb
10:40
26

Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb

İki neft tankeri Hörmüz boğazından minalanmış marşrutla keçməyə cəhd edib, nəticədə partlayaraq yanmağa başlayıb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

"Bir saat əvvəl ABŞ-ın hiylə yolu ilə Hörmüz boğazının cənubunda minalanmış marşrutla keçməyə məcbur etdiyi iki neft tankeri partlayaraq yanmağa başlayıb", - deyə məlumatda qeyd olunub.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri isə öz növbəsində vurğulayıb ki, ABŞ-nin hərəkətləri nəticəsində yaranan həddindən artıq təhlükə səbəbindən Hörmüz boğazı keçid üçün bağlı olaraq qalır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ