RU
Hulusi Akar Yunanıstanı dialoqa çağırıb: “Türkiyəyə gələ bilərlər”
17:30
64

Hulusi Akar Yunanıstanı dialoqa çağırıb: “Türkiyəyə gələ bilərlər”

"Sevindirici haldır ki, bəzi yunan siyasətçilər həqiqəti anlamağa başlayıb. Bizim arzumuz problemlərin danışıqlar yolu ilə həllidir”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Yunanıstanın təxribat xarakterli ritorikası davam edir.

Milli müdafiə naziri vurğulayıb ki, rəsmi Afinanın təxribatçı addımlarına baxmayaraq rəsmi Ankara soyuqqanlı davranır: "Yunanıstan hər dəfə "suları bulandırmağa” çalışır”.

H.Akar Türkiyənin daim müzakirələrə hazır olduğunu söyləyib: "Onlar da Türkiyəyə gələ bilər, biz də Yunanıstana gedə bilərik. Biz kimsəyə təhdid mənbəyi deyilik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ