RU
Ukrayna PUA-sı Qazaxıstana düşdü - VİDEO
14:00
12

Ukrayna PUA-sı Qazaxıstana düşdü - VİDEO

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarə Qazaxıstanın Aktobe bölgəsi ərazisinə düşüb.

Hadisə aprelin 29-da Rusiyanın Orenburq vilayəti ilə sərhədin yaxınlığında baş verib. Orada yerləşən Alimbetovka kəndinin sakinləri qəzaya uğrayan PUA aşkarlayıblar. Onlar deyiblər ki, yerli vaxtla təxminən 08:30-da ağır bir cismin yerə çırpılmasından yaranan bərk gurultu eşidilib.

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal insidentin baş verdiyi əraziyə cəlb olunublar. Hadisə ilə bağlı başqa detallar açıqlanmayıb.

Bu arada Rusiya Federasiyasının Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, aprelin 29-na keçən gecə Rusiya ərazisi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən təyyarə növlü 98 Ukrayna dronu məhv edilib.

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ