7NEWS.az xəbər verir ki, Yəmən hökumətinə sadiq qüvvələrə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayan husilər, son 24 saat ərzində 2600 kvadratkilometr ərazidə nəzarəti ələ keçirdiklərini iddia ediblər. Döyüşlər bir neçə cəbhəyə yayılsa da, strateji əhəmiyyətli Moxa şəhərinin husilərin nəzarətinə keçməsi barədə iddialar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.








