7News.az xəbər verir ki, ABŞ-ın Texas ştatında ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) əməkdaşı nəqliyyat vasitəsini saxladıqdan sonra avtomobildə olan 28 yaşlı venesuelalı kişini güllələyərək yaralayıb. Gövdə nahiyəsindən vurulan şəxs xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır, lakin stabildir. Hadisə yerində təxminən 100 nəfər ICE-yə qarşı etiraz aksiyası keçirib.








