"Əslində, münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman məsələsi idi”.
Bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda danışıb.
Dövlət başçısı həmçinin deyib: "Aydın idi ki, həmin dövrdəki coğrafi şəraitdə Ermənistan tərəfindən belə tanınmayan qondarma "Dağlıq Qarabağ respublikası”nın qondarma müstəqil kvazi-dövlət kimi mövcud olmaq şansı yoxdur. İki şans var idi - ya Azərbaycanın qalan hissəsi ilə inteqrasiya etmək, ya da tarixə qovuşmaq. Deməli, mən bunu o zaman aydın şəkildə başa düşürdüm.
Tələsməməyimizin səbəblərindən biri də o idi ki, mən aydın şəkildə başa düşürdüm, beş ildən sonra istədiyimizə nail olacağıq. Beləliklə, 2020-ci ilin noyabrında bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmırdı. Bunu çox açıq şəkildə deyə bilərəm. Beləliklə, müharibə sülhə təkan verən vasitə kimi - bunu mümkünlüyün bariz sübutu hesab edirəm”.








