RU
İlhamə Quliyeva həftə sonu evə buraxılacaq
00:53
878

İlhamə Quliyeva həftə sonu evə buraxılacaq

Xalq artisti İlhamə Quliyeva həftə sonu xəstəxanadan evə buraxılacaq.

7news.az aznews.az-a istinadən bildirir ki, bu barədə sənətkarın özü məlumat verib. O, özünü yaxşı hiss etdiyini bildirib: "Çox yaxşıyam, səhhətim də qaydasına düşür. Həkimlər deyir ki, həftə sonu sizi evinizə buraxacağıq".

İ.Quliyeva onu da əlavə edib ki, xəstəxanada olduğu müddətdə həmkarları onu tək buraxmayıb: "Elə bir gün olmayıb ki, yanıma gəlib, mənimlə maraqlanan olmasın. Hamıya təşəkkürümü bildirirəm".

Xatırladaq ki, İlhamə Quliyeva səhhətinin pisləşməsi ilə əlaqədar noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sənətkarın damarlarında problem yaranıb.
Qeyd edək ki, o, bir müddət bundan əvvəl ürəyindən əməliyyat olunub.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ