RU
Çimərlikdə oğurluq edən şəxslər saxlanıldılar
17:40
27

Çimərlikdə oğurluq edən şəxslər saxlanıldılar

Çimərlikdə oğurluq edən şəxslər saxlanılıblar.

Paytaxtın Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq hadisəsi baş verib. Zərərçəkən polisə müraciət edərək içərisində mobil telefon, zinət əşyası, nağd pul və digər şəxsi ləvazimatların olduğu çantasının naməlum şəraitdə talandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən C.Şirinli və A.Şahverdiyev müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla onların zərərçəkənin dənizdə çimərkən çantasını sahildə qoymasından sui-istifadə edərək oğurluğu törətdikləri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ