RU
İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü
13:50
23

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.

Hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsində yerləşən "Nərgizim” şadlıq sarayında qeydə alınıb.

Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı səhhətinin qəfil pisləşməsi səbəbindən ölüb. Onun ürəktutmadan vəfat etdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ