7News.az xəbər verir ki, Çində bir gəncin intihar etməzdən əvvəlki son görüntüləri sosial mediada böyük səs-küyə səbəb olub. Bu hadisə xüsusilə gənclər arasında artan intihar hallarını yenidən diqqət mərkəzinə gətirib. Ekspertlər bildirirlər ki, təhsil təzyiqləri, işsizlik, iqtisadi qeyri-müəyyənlik, ağır iş şəraiti gənclərdə ciddi psixoloji təzyiq yaradır. Görüntülərin ardınca sosial mediada “Çində gənclərin işi tükənir” kimi şərhlər edilib.