RU
Çində toyda ağlagəlməz
12:30
43

Çində toyda ağlagəlməz "əyləncə": Gəlinin rəfiqəsi şikəst qaldı, 40 min dollar təzminat istəyir

Çində rəfiqəsinin toyunda iştirak edən qadın şənlik zamanı baş verən bədbəxt hadisə nəticəsində əlil qalıb.

Bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Hadisə Henan əyalətində qeydə alınıb. Gənc qadın yaxın rəfiqəsinin toyunda gəlinin rəfiqəsi qismində iştirak edib.

Şənlik zamanı qonaqlardan biri fərqli "əyləncə" təşkil etməyi təklif edib. Belə ki, onlar mələfədən istifadə edərək gəlinin rəfiqəsini havaya atmaq qərarına gəliblər.

İlk cəhd uğurlu alınsa da, ikinci dəfə qadını havaya qaldırdıqdan sonra onu tuta bilməyiblər.

Nəticədə qadın sərt şəkildə yerə yıxılaraq ağır xəsarət alıb. O, təcili xəstəxanaya çatdırılıb. Həkimlər zərərçəkəndə bel fəqərəsinin sınığını müəyyən ediblər.

Bir müddət sonra keçirilən məhkəmə-tibbi ekspertizası nəticəsində qadına əlillik dərəcəsi təyin olunub.

Zərərçəkən hadisəyə görə bəy, gəlin və daha doqquz nəfər qonaq barəsində məhkəməyə müraciət edib. O, təqsirləndirilən şəxslərdən 40 min ABŞ dolları məbləğində təzminat tələb edib.

Məhkəmə qərara alıb ki, toyun əsas təşkilatçıları olan bəy və gəlin təhlükəli hərəkətdən xəbərdar olduqları halda onun qarşısını almayıblar və bu səbəbdən məsuliyyət daşıyırlar.

Bundan başqa, qadını havaya atmaq ideyasını irəli sürən şəxs də baş verən hadisəyə görə əsas məsul şəxslərdən biri hesab edilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ