"İndi anamı, ölümü-dirimi söyəcəklər" - Nadir əsəbiləşdi - VİDEO
ARB TV-nin "Sayqa ilə bu axşam” proqramının növbəti qonağı müğənni Nadir Qafarzadə olub.
Müğənni onu "instagram”da tənqid edənlərə efir vasitəsilə cavab verib:
"Mahnı oxuyursan yazırlar ki, mahnını pis günə qoydu. Bu kişilərə yaraşmır. "İnstagram”da kişilik olmaz. Orda kişilik olmur. Kişilik reallıqda olur. Yaxşı oğlan olursan, yaxşı əməllərin olur, su çəkirsən, yoxsula pul verirsən. Kişilik budur. Yoxsa profil açıb deyir ki, mən bu gün Nadiri söydüm. Yaxşı eləmədin. Baxırsan xanım adıdır, kişi söyüşləri söyür”.