"COVID-19 vaksinlərinin 75 faizini sadəcə 10 ölkə istifadə etdiyi halda, 130-dan çox ölkəyə bir doz belə peyvənd getməyib”.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş koronavirus vaksinlərindən danışarkən deyib.
"Virus "meşə yanğını” kimi yayılarsa, dayanmadan mutasiyaya uğrayacaq, daha yoluxdurucu və ölümcül olacaq”, - baş katib BMT Təhlükəsizlik Şurasındakı çıxışda vurğulayıb.
Onun sözlərinə görə, pandemiyanın uzanması iqtisadi sağalmanı da gecikdirəcək:
"Ümumdünya Səhiyyə Təşkilatı qlobal vaksin proqramı olan COVAX-ı dəstəkləməlidir. Dünyanın qlobal vaksinasiya planına ehtiyacı var. G20 ölkələri bu planın tətbiqi üçün təcili İşçi qrupu yaratmalıdır”.
A.Quterreş əlavə edib ki, bu həftə toplanacaq G7 ölkələrinin liderlər zirvəsi lazımi maliyyə qaynaqlarını hərəkətə keçirməyi sürətləndirəcək.
7NEWS.Az







