RU
İndoneziyada ticarət obyektləri yandı: Ölənlər arasında altı uşaq var
17:00
22

İndoneziyada ticarət obyektləri yandı: Ölənlər arasında altı uşaq var

İndoneziyanın Mərkəzi Papua əyalətində yerləşən bazarlardan birində baş verən yanğın nəticəsində altısı uşaq olmaqla, ən azı 11 nəfər həyatını itirib.


 Bu barədə "Xinhua" agentliyi yerli polisə istinadən məlumat yayıb.


Hüquq-mühafizə orqanlarının nümayəndəsinin sözlərinə görə, hadisə gecə saatlarında qeydə alınıb və alov sürətlə yaxınlıqdakı ticarət obyektlərinə keçib. Yanğın ümumilikdə 40-dək tikilini tamamilə yararsız hala salıb.


Agentlik bildirir ki, yanğının lokallaşdırılması yalnız səhər saatlarında mümkün olub. Alovun miqyasının böyüklüyü və tikililərin bir-birinə sıx yerləşməsi söndürmə işlərinin uzun çəkməsinə gətirib çıxarıb.


Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, şahidlərin ifadələri alınır və əraziyə baxış keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ