RU
İngiltərədə meşə yanğınları ilə bağlı çağırış: Satışı dayandırılsın
15:10
19

İngiltərədə meşə yanğınları ilə bağlı çağırış: Satışı dayandırılsın

İngiltərədə son günlər davam edən yüksək temperatur, quraqlıq və meşə yanğınları təhlükəsi ilə əlaqədar fövqəladə toplantı keçirilib.

7News.Az xəbər xarici mətbuata istinadən xəbər verir ki, Toplantıdan sonra Mançester meri Endi Börnham mağazaları birdəfəlik manqalların satışını müvəqqəti dayandırmağa çağırıb. O bildirib ki, uzunmüddətli perspektivdə yay aylarında bu məhsulların satışının qadağan edilməsi də nəzərdən keçirilə bilər.

İngiltərə Meteorologiya Xidmətinin məlumatına görə, ölkənin bəzi bölgələrində temperaturun 38 dərəcəyə çatacağı gözlənilir. Bu göstəricinin qeydə alınması cari yay mövsümünün ən yüksək temperaturu ola bilər.

Mütəxəssislər quraqlıq və yüksək temperatur fonunda birdəfəlik manqalların nəzarətsiz istifadəsinin yanğın riskini artırdığı barədə xəbərdarlıq edirlər.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ